Zelenski açıqladı | Bu qərar Ukraynanın taleyini necə dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
"Ukrayna təhlükəsizlik zəmanətlərini üç blokdan ibarət hesab edir, onların əsaslarından biri Avropa İttifaqına (Aİ) üzvlükdür".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Antonio Koşta ilə danışığından sonra "Telegram" sosial şəbəkəsində yazıb.
"Biz təhlükəsizlik təminatlarının hazırlanmasını müzakirə etdik və hazırda bütün komponentlərin yekunlaşdırılması üzrə iş gedir. Təminatlar üç blokdan ibarət olacaq. Biz Ukraynanın Aİ-yə üzvlüyünü əsaslardan biri kimi görürük. Yaxın gələcəkdə Moldova ilə birlikdə bu məsələdə irəliləyiş əldə edəcəyimizi gözləyirik", ‒ deyə o bildirib.
Danışıqlarda Ukraynanın pilotsuz təyyarələrinin istehsalı və bəzi proqramlarının həyata keçirilməsi üçün əlavə maliyyələşdirməyə xüsusi diqqət yetirilib. Koşta onların güclənməsinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
Zelenskinin sözlərinə görə, Ukrayna əvvəllər həm ABŞ Prezidenti Donald Tramp, həm də avropalı tərəfdaşlarla müzakirə etdiyi liderlər səviyyəsində görüşə hazırdır. Bununla belə, o qeyd edib ki, Rusiyadan "hazırlıq siqnalları" gəlmir. Tərəflər isə yaxın vaxtlarda təkbətək görüşün keçirilməsi barədə razılığa gəliblər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
