Zelenski Böyük Britaniyada səfərdə
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib.
O, bu ölkənin Baş naziri Kir Starmerlə görüşmək üçün onun Londondakı iqamətgahına, “Downing Street”ə gəlib.
“Reuters” xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavabsız qoyan liderlər daha sonra iqamətgaha daxil olublar.
Görüşün gündəliyi barədə ətraflı məlumat verilməsə də, müzakirələrin əsas mövzularından birinin, avqustun 15-də ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüş olacağı ehtimal edilir.
Zelenski və Starmer qapalı qapılar arxasında danışıqlar aparıblar. Ukrayna lideri danışqıların keçirildiyi “Downing Street”i tərk edib.
Qeyd edək ki, Ukrayna Prezidentinin Böyük Britaniyaya səfəri əvvəlcədən elan olunmayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
