Zelenski danışıqlar üçün şərtləri açıqladı | Tramp mənimlə söhbət zamanı...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkəmizin iştirakı olmadan Rusiya ilə ABŞ arasında hər hansı danışıqları qəbul etməyəcəyik”.
Bu sözləri Ukrayna Prezidenti Voldimir Zelenski bildirib.
Lider ABŞ-li həmkarı Donald Trampın eyni anda həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq niyyətində olduğunu açıqlayıb.
“Mən prioritetin Ukrayna olduğunu düşünürəm. Bizdə müharibə gedir. Tramp mənimlə söhbət zamanı onun üçün vacib olan tərəfin Rusiya olduğunu demədi. Biz hazırda bu sözlərə inanırıq”, – deyə o qeyd edib.
Zelenski ABŞ-nin dəstəyini hiss etməyin ölkəsi üçün vacibliyini də vurğulayıb. O, Trampla müzakirə zamanı da sözügedən məqamı bildirdiyini deyib.
“Onun ilk olaraq Rusiya tərəfi ilə danışması vacib idi. Siz həm ABŞ, həm də Avropa üçün 1-ci yerdə bizim olduğumuzu bilirsiz. Ona görə də Ukrayna olmadan barəmizdə hər hansı müzakirə gedə bilməz”, – deyə Ukrayna Prezidenti çıxış edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
