Zelenski ərazi güzəşti məsələsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın Rusiyaya heç nə vermək fikri yoxdur”.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.
“ABŞ, Avropa, G20 və G7-dən qətiyyətli addımlar lazımdır”, ‒ deyə Zelenski Kiyevin öz mövqeyində tərəfdaşlarının dəstəyinə arxalandığını vurğulayıb.
Ukrayna dövlət başçısı yenidən Rusiya Prezidenti Vladimir Putini münaqişəni uzatmaqda ittiham edib və sülhü güc yolu ilə əldə etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl ABŞ lideri Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ukraynadakı münaqişəyə son qoyulması Kiyevin ərazi itirməsi demək olacaq.
“Putin mütləq nə isə əldə edəcək, axı onlar döyüşüblər”, ‒ deyə Tramp Ukraynanın ərazi itkiləri ilə bağlı sualı cavablandırıb. Tramp həmçinin rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətdə olduğunu vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
