Zelenski ərazi güzəştinə razı salındı? | ABŞ görüşü necə keçdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Evdə ABŞ, Ukrayna və avropalı liderlərin görüşü keçirilib. Öncə Tramp-Zelenski danışıqları baş tutub.
Bağlı qapılar arxasında keçirilən danışıqlardan əvvəl Oval kabinetdə Ukraynanın 1992-2013-cü illər sərhədləri ilə böyük xəritəsi qoyulub. Xəritə danışıqlar masası ilə üzbəüz yerləşdirilib, Rusiyanın nəzarətində olan regionlar fərqli rənglərlə işarələnib.
Ardınca keçirilən görüşə ABŞ və Ukrayna liderləri ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qatılıb.
Tərəflər Moskva ilə Kiyev arasında sülh sazişinin tezliklə bağlanacağına ümid etdiklərini bildiriblər.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin ortaq dil tapa biləcəklərinə ümid etdiyini deyib. O həmçinin Putin və Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əminliyini ifadə edib.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiyadan olan həmkarları ilə üçtərəfli görüşdə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Zelenski həmçinin Trampla danışıqları çox yaxşı adlandırıb və bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğuna dair siqnallar verir.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
