Pleyeri seçin:

Zelenski ilk dəfə müharibədəki itkiləri açıqladı

26 fevral 2024 167 baxış

“Rusiya ilə müharibə başlayandan bəri 31 min ukraynalı əsgər həlak olub”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Qeyd edək ki, bu, 2022-ci ilin fevralın 24-dən bu günə qədər itkilərlə bağlı rəsmi olaraq açıqlanan ilk statistikadır.

“31 min ukraynalı hərbçi müharibədə həlak olub. Vladimir Putinin dediyi kimi, 300 min, ya da 150 min nəfər həyatını itirməyib. Rəqəmlərin sayından asılı olmayaraq, bu itkilərin hər biri bizim üçün önəmlidir.

Rusiya tərəfindən isə 180 min nəfər ölüb, 500 minə yaxın yaralı var. Bizim tərəfimizdə neçə yaralının olduğunu isə deməyəcəyəm, çünki bu vasitə ilə Rusiya döyüş meydanını neçə nəfərin tərk etdiyini başa düşə bilər. Mən isə buna icazə verməyəcəyəm”, – V.Zelenski qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ-nin itkilərlə bağlı hesablamaları ilə ukraynalı liderin açıqlaması arasında ciddi təzad var. Belə ki, rəsmi Vaşinqtonun rəqəmlərinə görə, 70 minə yaxın ukraynalı hərbçi müharibədə həlak olub, 120 min nəfər isə yaralanıb.

Rəsmi Moskvanın itkilərinə gəldikdə isə ABŞ-nin statistikasına görə, Rusiya bu münaqişədə 315 minə yaxın hərbçisini itirib. Onu da qeyd edək ki, Kreml tərəfindən itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 167 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 167 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 167 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 167 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 167 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 167 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 167 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 167 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 167 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 167 baxış
Seçilmişlər
icon