Zelenski Kuşner və Uitkoff ilə telefonla danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşnerlə telefon danışığı aparıb.
Zelenski bu barədə "Telegram" kanalında yazıb.
O qeyd edib ki, telefon danışığında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edib.
Zelenskinin sözlərinə görə, tərəflər ABŞ ilə dialoq formatları və növbəti addımlar barədə razılığa gəliblər:
"Rüstəm Umerov və general Qnatovdan ətraflı hesabat gözləyirəm. Telefonla hər şeyi müzakirə edə bilmirik, buna görə komandalarla ideyalar və təkliflər üzərində detallı işləmək lazımdır".
Hazırda Umerov və Qnatov Vaşinqtonun təklif etdiyi Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını müzakirə etmək üçün ABŞ-də səfərdədirlər.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
