Zelenski müharibə ilə bağlı paylaşım etdi | İki ölkə arasındakı savaş bitir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna müharibəni sona çatdırmaq və davamlı sülh qurmaq məqsədilə diplomatik səylərini davam etdirir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.
Ukrayna Prezidenti diplomatik səylərini müzakirə etmək və müharibəni sona çatdırmaq məqsədilə müşavirə keçirib. Görüşdə Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyədə aparılan danışıqlar və nümayəndə heyətinin fəaliyyəti barədə məlumat verib.
“15-16 may tarixlərində keçirilən görüşlər Ukraynanın sülhə olan əzmkarlığını və eyni zamanda müharibənin dayandırılması üçün Rusiyaya təzyiq göstərməyin vacibliyini göstərib”, ‒ Prezident qeyd edib.
Onun sözlərinə görə, görüşlərin ən mühüm nəticəsi 1000 məhbus mübadiləsi barədə razılığa gəlməyin olduğu bildirilib:
“Ukrayna nümayəndə heyəti hazırda mübadilə prosesinin detalları üzərində işləyir və bu səylərə dəstək verən hər kəsə təşəkkür edir”.
Türkiyədəki Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Rusiya ilə apardıqları danışıqların detalları barədə də məlumat verib. Ukraynanın nümayəndə heyəti danışıqları şərəfli şəkildə aparmağa müvəffəq olub və Rusiyanın bütün təhdidlərini rədd edib.
Ukrayna insan həyatlarını qorumaq və diplomatiya üçün əsas təməl kimi tam və şərtsiz atəşkəsin vacibliyini vurğulayıb:
“Ukrayna 30 günlük atəşkəsin təyin edilməsini və daha sonra uzadılması imkanını təklif edib”.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ və Avropa ölkələri ilə əlaqələr haqqında da məlumat veriblər. Onlar Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Türkiyə nümayəndələri ilə aparılan danışıqların mövqelərini təqdim ediblər.
Prezident milli danışıqlar qrupunun daimi və genişlənmiş formada yaradılması barədə tapşırıq verib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
