Zelenski müharibənin başladığı ilan adasında
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 8-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatların 500-cü günü tamam olur. Müharibə Rusiyanın Qara dəniz donanmasının İlan adasını işğal etməsi ilə başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin 500-cü günündə məhz İlan adasına səfər edib.
Ölkə başçısı bu barədə “Telegram” kanalında məlumat verib. O, ada uğrunda döyüşlərdə canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib:
“Bu 500 gündə hər bir əsgərimizin qələbələrinə, Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, Milli Qvardiyamıza, sərhədçilərimizə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, siqnalçılarımıza, xalqımıza bu yerdən təşəkkür etmək istəyirəm. Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik. Qara dənizimizdə təhlükəsizlik uğrunda mübarizə aparan hər kəsə eşq olsun!”
Qeyd edək ki, müharibənin başladığı ilk günlərdə Rusiya hərbçilərinin “təslim ol” çağırışına Ukrayna əsgərlərinin verdiyi “rədd ol” cavabı bu savaşın rəmzinə çevrilmişdi.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
