Zelenski NATO-ya od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə NATO sammiti çərçivəsində keçirilən brifinqdə ölkəsi haqqında səsləndirilən fikirlərə münasibət bildirib.
Bu barədə “Telegram” səhifəsində paylaşım edən ölkə prezidenti vurğulayıb ki, rəsmi Kiyev müttəfiqlərini, ortaq təhlükəsizliyi dəyərləndirir və hər zaman açıq söhbətin tərəfdarıdır.
“Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək. Çünki söhbət hörmətdən gedir. Ukrayna da hörməti haqq edir. İndi Vilnüsə gedərkən bizə siqnallar gəldi ki, Ukraynasız müəyyən məsələlər müzakirə olunur. Bu məsələlərin Ukraynanın üzvlüyü yox, NATO üzvlüyünə dəvətlə bağlı olduğunu vurğulamaq istəyirəm. Nə dəvət, nə də Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş haldır və absurddur. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün "şərtlər" haqqında qeyri-müəyyən fikirlər səsləndirilir. Görünür, Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırlıq var. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalır. Rusiya üçün isə bu, terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”, – deyə V.Zelenski bildirib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
