Pleyeri seçin:

Zelenski Putinə son sözünü dedi | İstanbul danışıqlarına hansı şərtlə gedəcək?

14 may 2025 498 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib.

Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir.

Zelenskinin sözlərinə görə, qeyd-şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir.

O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir.

“Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, Kreml rəhbəri Türkiyəyə gələcəyi ilə bağlı hələ heçbir məlumatı təsdiqləməsə də, o, Vladimir Putini gözləyəcək. Çünki, məqsədləri sülhə nail olmaqdır.

Ukrayna lideri “Liberation”a müsahibəsində əlavə edib ki, Putinlə şəxsən görüşəcəyi təqdirdə tam atəşkəs və bütün məhbusların mübadiləsi məsələsini qaldıracaq.

“Nə ruslar ukraynalılara güvənəcək, nə də ukraynalılar ruslara, ona görə də tərəflər arasında razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər təminat verə bilər. Atəşkəs rejiminə nəzarətin qarantı məhz ABŞ ola bilər. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın İstanbul görüşündə iştirakı Putini gəlməyə həvəsləndirə bilər”, ‒ deyə Zelenski vurğulayıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 498 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 498 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 498 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 498 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 498 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 498 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 498 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 498 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 498 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 498 baxış
Seçilmişlər
icon