Zelenski Putinin “ölüm əmri"ni verdi | Liderdən qalmaqal yaradan çıxış
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Rusiyaya dəstək verməkdə ittiham edib. O, Tramp Administrasiyasını qərəzli yanaşmasına görə qınayıb.
Bu barədə Ukrayna Prezidenti “Eurovision News”a müsahibəsində bildirib.
Zelenski onu da qeyd edib ki, ABŞ Rusiyanın iqtisadi təcriddən çıxmasına imkan verməməlidir.
“Bu, Putini gücləndirəcək və ardınca nələrin baş verə biləcəyini ehtimal etmək çətin deyil. Mən bunun təhlükəli olduğuna inanıram. Bu, ən təhlükəli məqamlardan biridir”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Putinin ambisiyalarından da söz açaraq onun ölənə qədər hakimiyyətdə qalmağa ümid etdiyini bildirib. Ölümdən söz düşmüşkən Zelenski Putinin yaxın zamanlarda öləcəyini də ehtimal edib.
“O nədən qorxur? Öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır. O, tezliklə öləcək, bu, faktdır və hər şey bitəcək”, – deyə Zelenski vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
