Zelenski Putinin “yox” deməyəcəyi yolu tapdı? - Gözlənilməz etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
“İndi Pasxa bayramından sonra bütün dünya əsl problemi ‒ döyüşlərin davam etməsinin əsl səbəbini görür. Müharibə mənbəyi Rusiyadır”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” hesabında yazıb.
O bildirib ki, həqiqətən də Pasxa bayramında heç bir hava hücumu olmayıb və cəbhənin bəzi hissələrində əməliyyatlar dayandırılıb.
Zelenski qeyd edib ki, Ukrayna bundan sonra da, ən azı, mülki infrastruktura zərbə endirməmək təklifini saxlayır:
“Biz Moskvadan dəqiq cavab gözləyirik. Bunu təmin etmək mexanizmləri barədə istənilən söhbətə hazırıq. Aydın, ən sadə və ən etibarlı yol var, yəni, raket və uzunmənzilli pilotsuz təyyarələrin zərbələrini dayandırmaq və bu, avtomatik olaraq bütün mülki infrastrukturun təhlükəsizliyinə zəmanət verəcək. Atəşkəs real, davamlı, etibarlı olmalıdır, bu, davamlı sülhə doğru ilk addımdır”.
Prezident vurğulayıb ki, Ukrayna nümayəndələrinin bütün görüşlərdə qeyd-şərtsiz atəşkəslə bağlı şərti bu olacaq.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
