Zelenski qələbəni bu yolla almaq istəyir | Baydenə elə şeylər deyəcək ki…
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmaq və daha çox silah təchizatı ilə bağlı tələblərini özündə əks etdirən “qələbə planı” hazırlayıb.
Bu barədə məlumatı “Bloomberg” agentliyi anonim mənbələrə istinadən yayıb.
Plana görə, Zelenski ABŞ Prezidenti Co Baydenə təzyiq göstərərək Ukraynanın NATO-ya daxil olması üçün rəsmi dəvət almasını istəyəcək. Eyni zamanda Zelenski Bayden administrasiyasının Ukraynaya müasir silahların mütəmadi olaraq çatdırılmasını da təmin etməsini tələb edir.
Planın digər hissəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün aydın bir yol, əlavə iqtisadi və hərbi sazişlərin razılaşdırılması yer alır. Zelenski inanır ki, bu tədbirlər Rusiya Prezidenti Vladimir Putini sülh axtarmağa məcbur edəcək.
Bundan başqa, Kiyev Qərbin Ukraynanın tələblərini nəzərə almadan münaqişəyə son qoymasının Rusiyanın gələcəkdə yenidən hücuma keçməsinə səbəb ola biləcəyindən narahatdır.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
