Zelenski Qərbə od püskürdü | Ukrayna Prezidentindən sərt ittiham
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyevdə sanksiyalarla bağlı keçirilən beynəlxalq konfransda çıxış edən ölkə prezidenti Volodimir Zelenski sensasiyalı açıqlamalar verib.
Baku TV-nin Şərqi Avropa bürosunun verdiyi məlumata görə, o, sanksiyalara baxmayaraq bəzi ABŞ və Avropa şirkətlərinin hələ də Rusiyanı avadanlıqlarla təchiz etdiyini bildirib.
“Mütəxəssislərimiz artıq Rusiyanın PUA və raketlərində istifadə olunan yüzlərlə müxtəlif növ komponentləri qeydə alıblar. Təəssüf ki, təkcə son bir ildə Rusiyadan bizə atılan dron və raketlərdə Çin, Tayvan, Cənubi Koreya, Yaponiya, Fransa, Almaniya, İtaliya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın ən azı 12 ölkəsindən hərbi sənaye məhsulları qeydə alınıb. Planlaşdırılan tədarük müqavilələri haqqında da məlumatımız var. Rusiyanı qara yollarla təmin edirlər”, – deyə o qeyd edib.
V.Zelenski bildirib ki, bu cür əməllər mütləq dayandırılmalıdır. O həmçinin Rusiyaya ixracı və neft nəqlini davam etdirməyə şərait yaradan ölkələrə qarşı əlavə təzyiq tədbirlərinə ehtiyac yarandığını düşünür.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
