Zelenski: Rusiyanın hücumu artıq başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya yeni hücumu artıq başlayıb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BBC News”a müsahibəsində deyib. “Rusiyanın hücumları artıq bir neçə istiqamətdən gerçəkləşir”, - deyə Ukrayna lideri bildirib.
Lakin Zelenski hesab edir ki, Ukrayna qüvvələri əks-hücum əməliyyatına başlayana qədər Rusiyanın irəliləyişinə müqavimət göstərməyə davam edə bilər. Buna baxmayaraq, o, Qərbdən daha çox hərbi yardım üçün çağırışlarını yenidən səsləndirib.
Rəsmi Kiyev Qərb silahlarının əldə olunmasının sürətindən getdikcə məyus olur. Almaniya, ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra Qərb ölkələrinin ötən ay vəd etdiyi döyüş tanklarının tədarükünün döyüş meydanına çatması hələ də həftələrlə hesablanır. Buna baxmayaraq, Zelenskinin sözlərinə görə, o, müharibəni bitirmək üçün kompromis variantının əleyhinədir.
“Bu yolu biz seçmişik. Biz təhlükəsizlik zəmanəti istəyirik. İstənilən ərazi güzəştləri bir dövlət olaraq bizi zəiflədə bilər”, - deyə Ukrayna lideri bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
