Zelenski Rusiyanın mümkün genişmiqyaslı hücumu barədə xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Silahlı Qüvvələri 25 dekabr – Milad günü Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirə bilər".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik xidmət işçilərinin peşə bayramı münasibətilə çıxışı zamanı deyib.
O qeyd edib ki, ABŞ və Almaniya Milad atəşkəsinin elan olunmasını dəstəkləyib, lakin Moskva bundan imtina edib.
"Rusiya deyir: "Milad atəşkəsi olmayacaq". Mən bu siqnallardan sonra kəşfiyyatımızın gücləndirilməsini tapşırdım. Biz başa düşürük ki, məhz bu günlərdə onlar kütləvi zərbələr endirə bilərlər", – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, bir müddət əvvəl keçirilən müşavirədə ölkənin şəhər və kəndlərinin müdafiəsi məsələləri müzakirə olunub və hava hücumundan müdafiənin gücləndirilməsi barədə göstəriş verilib.
O, HHM sistemlərində çatışmazlığın olduğunu da etiraf edib. "Eyni zamanda Ukrayna onlarla hava hücumundan müdafiə sistemi, o cümlədən "Patriot" komplekslərinin alınması üçün müqavilələrin bağlanması üzərində işləyir", – deyə Zelenski qeyd edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
