Zelenski Trampla görüşündən danışdı | Ukrayna Prezidentinə kimlər dəstək verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. D.Trampla münasibətlərimiz iki prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.
V.Zelenski ABŞ lideri D.Trampla Oval kabinetdəki hadisələrdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə deyib.
Qeyd edək ki, ABŞ-də səfərdə olan V.Zelenskinin Prezident D.Tramp və vitse-prezident Cey Di Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Nəticədə, V.Zelenski danışıqları yarımçıq tərk edib. Bundan sonra Ağ Ev rəhbəri D.Tramp həmin hərəkəti hörmətsizlik kimi dəyərləndirib. Bir çox Avropa liderləri isə Ukraynanın dövlət başçısının analoji addımına dəstək veriblər.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
