Zelenski Ukrayna Ordusundan ümidini üzdü? - Liderdən gözlənilməz etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmaq üçün ordunun kifayət qədər gücü yoxdur və bu səbəbdən diplomatik həll yollarının tapılması vacibdir.
“Ordumuzun bunu etmək üçün yetərli gücü yoxdur. Bu həqiqətdir. Biz həqiqətən də diplomatik yollarla həll tapmalıyıq”, – deyə Zelenski “Kyodo News”a müsahibəsində vurğulayıb.
Prezident əlavə edib ki, bu, yalnız Ukraynanın kifayət qədər güclü olduğu və Rusiyanın yenidən hücuma keçmək imkanlarının qarşısının alındığı bir vaxtda mümkün olacaq.
Bu kontekstdə Zelenski Ukraynanın NATO-ya daxil olmasının vacibliyini bir daha qeyd edib. O həmçinin müharibənin “çətin bir mərhələyə” keçdiyini və Rusiyanın Donbas bölgəsində fəal hücum əməliyyatları apardığını bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
