Zelenski Ukrayna ordusunun döyüş mövqelərindən geri çəkilməyəcəyini bəyan etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibədə qalib gəlməyəcəyini bildirib.
O, Ukrayna Ordusunun Donbasdan geri çəkilməyəcəyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Putin qələbəni elan etmək üçün Donbası tam ələ keçirməlidir. Lakin Ukrayna sadəcə geri çəkilməyəcək, çünki onun daha irəli getməyəcəyinə dair heç bir zəmanət yoxdur.
Zelenski həmçinin bildirib ki, müharibədən sonra Rusiyanın təkrar hücumu halında Ukraynanın ABŞ-dən güclü təhlükəsizlik zəmanətləri olacaq.
Müharibənin sonu ilə bağlı şərh verən Zelenski qeyd edib ki, hazırda hər iki tərəfin atəşkəsə ehtiyacı var, çünki bu müharibənin necə bitəcəyini heç kim bilmir.
Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar bu ilin fevral ayında uğursuzluğa düçar olub. Bunun səbəbi isə Donbas məsələsində vahid mövqenin olmaması və ABŞ-nin diqqətini İranla müharibəyə yönəltməsidir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
