Zelenski Ukraynanın gələcək planlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb ölkələrindən əhəmiyyətli yardımlar var, lakin bu Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yetərli deyil”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitindən sonra mətbuat konfransında deyib.
“Yardım var. Ciddi paketlər var. Qalib gəlmək üçün yetərlidirmi? Xeyr”, – deyə o əlavə edib.
Zelenski həmçinin yardımın gecikdiyini də qeyd edib. “Bu paketlər gücləndiriləcəkmi? Biz hər gün bunun üzərində işləyirik”, – deyə dövlət başçısı vurğulayıb.
Zelenski eyni zamanda bildirib ki, yaxın zamanda Ukraynaya F-16 qırıcı təyyarələri gətiriləcək. Bunu isə Ukrayna lideri Danimarkanın Baş naziri Matte Frederiksenlə görüşündən sonra deyib.
“Görüş zamanı yaxın zamanda Ukraynaya gətiriləcək Danimarkanın F-16 təyyarələrinin təhvil verilməsinə hazırlıq işlərinin gedişini müzakirə etmək imkanımız oldu. Baş nazirə sülh sammitində iştirak etdiyinə və Sülh Formulasının həyata keçirilməsinə Qlobal Cənub ölkələrinin cəlb edilməsində Danimarkanın fəal köməyinə görə minnətdaram”, – deyə Zelenski bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
