Zelenski Ukraynanın itkilərini açıqlayıb | "Azı 2 il və 800 min ölü əsgərə ehtiyacı var" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Donbası ələ keçirmək üçün Rusiyanın ən azı iki il və 800 min ölü əsgərə ehtiyacı var, amma onlar bu qədər dözməyəcəklər”.
Bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
Zelenski müharibədə Ukraynanın itkilərinin 55 000 nəfər olduğunu açıqlayıb. O bildirib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan var.
Zelenski əlavə edib ki, Vladimir Putin Avropadan yox, yalnız Donald Trampdan qorxur ki, bu da Ukraynaya tammiqyaslı müharibə zamanı müsbət təsir edir.
Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün real addımların vacibliyini növbəti dəfə vurğulayıb.
“Məhz Rusiya buna hazır olmalıdır. Tərəfdaşlar da öz real təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiqləri ilə bunu təmin etməyə hazır olmalıdırlar. Eləcə də Ukrayna xalqı hiss etməlidir ki, vəziyyət, həqiqətən, sülhə və müharibənin bitməsinə doğru gedir, rusların hər şeyi öz xeyirlərinə istifadə edib zərbələri davam etdirməsinə yox”, – deyə Ukrayna lideri qeyd edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
