Zelenski və Putin arasında kritik məqam | Müharibənin taleyi həll olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin müharibə başlayandan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib”.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Putinin təklifinə cavab verməsə də, atəşkəslə bağlı istənilən danışığa hazır olduğunu bildirib.
Qeyd olunur ki, Rusiya liderinin bəyanatı ABŞ-nin təzyiqi fonunda verilib. ABŞ dövlət katibi Marko Rubio ötən həftəsonu bəyan etmişdi ki, qarşıdakı günlərdə atəşkəslə bağlı danışıqlarda nəticələr olmasa, Vaşinqton vasitəçilik səylərini dayandıracaq.
Putinin bəyanatına gəlincə, o, belə demişdi: “Biz istənilən sülh təşəbbüslərinə müsbət yanaşırıq. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də eyni şeyi istəyirlər”.
2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
