Zelenskidən Bolqarıstan Prezidentinə emosional cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz normal həyatımızı bərpa etmək istədiyimiz üçün mübarizə aparırıq. Əgər döyüşmək istəsəydik, Rusiya ərazisində olardıq”.
Bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın dövlət başçısı səfəri çərçivəsində Bolqarıstan Prezidenti Rumen Radevlə hərbi yardımla bağlı mübahisə edib və onu rusiyayönümlü mövqeyinə görə tənqid edib. V.Zelenski müharibə əvəzinə “konflikt” sözünü işlətməsinə görə bolqar həmkarına irad bildirib.
Ukraynanın dövlət başçısı həmçinin Bolqarıstan Prezidentinin müharibənin “diplomatik həll” təklifini rədd edib. V.Zelenski söyləyib ki, hazırda ən yaxşı çıxış yolu Kiyevə hərbi yardım göstərməkdir.
“Əks təqdirdə müharibə sizin evinizə gələcək”, – deyə V.Zelenski emosional tərzdə vurğulayıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
