Zelenskidən gündəmi silkələyən sözlər | Putinin şərtlərinə belə cavab verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya "Şahed" PUA-ları ilə Ukraynanın Quru Qoşunlarının Təlim Mərkəzinə hücum edib.
Qabaqlayıcı tədbirlər sayəsində şəxsi heyət arasında çoxsaylı itkilərin qarşısını almaq olub. Bir nəfər yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib.
“Atəşkəs müharibədə heç-heçə qalmaqdır. Ukraynanı işğal etmək istəyən Rusiya ilə atəşkəs isə sadəcə savaşın müvəqqəti dondurulmasıdır”.
Bunu “Sky News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O ki qaldı müharibənin Rusiya Prezidenti Vladimir Putinin şərtləri ilə yekunlaşmasına, V.Zelenski “yox” deyib.
“Biz qeyd-şərtsiz atəşkəsi, görüş və dialoqu dəstəkləyirik. Rusiya isə bizə Avropadan dəstəyin azalması, ABŞ-nin prosesdən çıxması fonunda Ukraynanı yavaş-yavaş işğal etməyə ümid edir. Buna imkan verməmək üçün müttəfiqlərlə Rusiyaya təzyiq strategiyasından istifadə etməliyik”, – deyə V.Zelenski bildirib.
“Ukrayna ilə bağlı Rusiyaya zəmanət lazımdır. Çünki Qərblə iş görəndə isə ABŞ-nin sabiq Prezidenti Ronald Reyqanın “güvən, amma yoxla” üsulu da yetərli olmur”.
Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, İsrailin İrana aqressiyasını Rusiyanın Ukraynadakı addımları ilə müqayisə etmək olmaz.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
