Zelenskidən Priqojinin ölümü ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin və digərlərinin olduğu təyyarə qəzasında əli yoxdur”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya lideri ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
“Ukrayna təyyarələrlə bağlı dünya ölkələrinə müraciət edəndə bunu nəzərdə tutmurdu. Biz sadəcə dəstək istəyirdik. Bizim məlum təyyarə qəzası ilə heç bir əlaqəmiz yoxdur. Zənnimcə, sözügedən qəzada kimin əlinin olmasından hamı xəbərdardır”, – V.Zelenski qeyd edib.
Xatırladaq ki, Yevgeni Priqojinin olduğu təyyarə avqustun 23-ü axşam saatlarında Moskvadan Sankt-Peterburqa uçarkən Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı həlak olub. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
#Yevgeni Priqojin teqi istifadə olunub
- Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Priqojinin ölmədiyini iddia edən Budanov daha nələr dedi?
- Priqojinin öldüyünə dair sübut yoxdur | Budanovdan qalmaqallı açıqlama
