Pleyeri seçin:

Zelenskidən Rusiyanın genişmiqyaslı hücumu ilə bağlı xəbərdarlıq

29 mart 2024 86 baxış

"Rusiyanın bu il mayın sonu və ya iyunda Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma keçməsi gözlənilir".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin "CBS News" telekanalına müsahibəsində deyib.

O bildirib ki, silah-sursat çatışmazlığı ilə üzləşən Ukrayna müdafiəçiləri bu hücuma hazır deyil və Qərbin göndərəcəyi silahlara ehtiyacı var.

Zelenski Rusiyanın tükənməz raket ehtiyatları və mərmilərinin bəzi kəndləri məhv etdiyini əlavə edib.

"Bizim mərmilərimiz, artilleriya mərmilərimiz yoxdur. Bizim yardıma indi ehtiyacımız var", – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, onun qüvvələri Rusiyanın hücumunu dayandırsa da, növbəti genişmiqyaslı hücuma qarşı müdafiəyə hazır deyil. O, Rusiyanın xüsusilə də uzaqvuran artilleriya imkanlarının Ukrayna ilə müqayisədə daha yaxşı olduğunu etiraf edib.

"Baxmut, Avdeyevka, Lisiçansk, Soledar və digər yerlərdə artilleriya mərmisinin vuruş məsafəsi 20 kilometrdən çox olan düşmənə qarşı döyüşmək həqiqətən də çətin idi, bizim artilleriyamız isə 20 kilometrdən qısa məsafəyə atəş açır", – deyə Zelenski qeyd edib.

O, Ukraynanın daha çox "Patriot" hava hücumundan müdafi sisteminə və artilleriyaya ehtiyacı olduğunu əlavə edib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 86 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 86 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 86 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 86 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 86 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 86 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 86 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 86 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 86 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 86 baxış
Seçilmişlər
icon