Zelenskidən Rusiyanın maraqlarına xidmət edən ukraynalılara xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə ABŞ nümayəndə heyəti ilə aparılan sülh danışıqlarına həsr olunmuş axşam müraciətində Qərbdə Rusiyanın maraqlarını lobbiləşdirən Ukraynadan olan şəxslərin meydana çıxdığını bəyan edib.
Ukrayna lideri həmin şəxslərin kimliyi barədə konkret məlumat təqdim etməyib.
O bildirib ki, tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının məlumatlarına əsasən, bəzi Ukrayna vətəndaşları Qərb dövlətlərində Kiyevin rəsmi mövqeyindən fərqli baxışı təşviq etməyə başlayıblar.
“Dövlət mövqeyimiz var, Ukrayna ləyaqəti var və biz ona zərbə vurmaq yox, onu gücləndirəcək şəkildə hərəkət etməliyik. Ukrayna pasportu daşıyan insan Ukrayna qarşısında məsuliyyət hiss etməlidir”, ‒ Zelenski vurğulayıb və ümid edib ki, bu məlumat həmin fəaliyyətə cəlb olunan şəxslərə çatacaq.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
