Zelenskidən sərt bəyanat | Ukraynada gərginlik artır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusunun gecə saatlarında Ukraynaya genişmiqyaslı hücumu ciddi rezonans doğurub.
Prezident Volodimir Zelenski son zərbələri “göstəriş xarakterli” adlandıraraq Moskvanın cəzasızlıq mühitində hərəkət etdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya bu dəfə ümumilikdə 526 zərbə vasitəsi tətbiq edib – 500-dən çox kamikadze dronu və 24 raket.
Prezidentin açıqlamasına əsasən, hücumların əsas hədəfi enerji obyektləri, mülki infrastruktur və mühüm nəqliyyat qovşağı olub.
“V.Putin açıq şəkildə cəzasızlığını nümayiş etdirir. Buna qarşı güclü təzyiq mexanizmlərinin zəruriliyini yaxın günlərdə tərəfdaşlarla müzakirə edəcəyik. Bir neçə saatdan sonra Danimarkada, Ukrayna-Şimal və Baltik ölkələri sammitində mövqeyimizi ortaya qoyacağıq. Axşam isə Fransada ikitərəfli görüşdə koordinasiyanı gücləndirəcəyik”, – V.Zelenski vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
