Zelenskidən təcili tapşırıq | Rusiya məhz bu tarixdə kritik hücuma start verəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Problem ondadır ki, Rusiya Milad atəşkəsi olmayacağını deyəndə, bu, əslində, onların daim vurğuladığı qorxu və təhdid siyasətidir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik xidmət işçilərinin peşə bayramı münasibətilə çıxışı zamanı deyib.
O bu siqnallardan sonra kəşfiyyat fəaliyyətinin maksimum dərəcədə gücləndirilməsini tapşırdığını bildirib: “Biz başa düşürük ki, məhz bu günlərdə, xüsusilə Milad günlərində, onların təbiətinə uyğun olaraq, hansısa kütləvi zərbə endirilə bilər”.
Ukrayna lideri təəssüflə qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri çatışmır və insanlar xüsusilə bu günlərdə çox diqqətli olmalıdırlar.
“Mən bilirəm ki, 13 hərbçimiz də əsir götürülüb. Halbuki bizim qoşunlar oradakı düşməni uzaq məsafədən artilleriya və dronlarla məhv edə bilərdilər. Lakin orada mülki insanlar olduğu üçün bunu etmədilər”, – deyə V. Zelenski əlavə edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
