Zelenskinin yalanı üzə çıxdı? | Baş Qərargah rəisindən qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski döyüş meydanında vəziyyətin ağır olduğunu və Rusiya ordusunun Donetsk bölgəsinin şərqində hücuma hazırlaşdığını bildirib.
Bu barədə o, teleqram kanalında məlumat yayıb. Baş Qərargah rəisi sosial şəbəkə hesabında vurğulayıb ki, döyüş meydanında vəziyyət getdikcə daha da çətinləşir. Düşmənin irimiqyaslı hücuma keçməsi təhlükəsi var. Terna, İvanovski, Berdiçi, Tonenke, Verbove və Robotine rayonlarında vəziyyət ağır olaraq qalır. Düşmən hücumlarını davam etdirir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlaması zamanı Baş Qərargah rəisinin sözügedən etiraflarından fərqli olaraq, cəbhədəki vəziyyətin son üç ayla müqayisədə daha yaxşı olduğunu deyib.
Ukrayna ordusunun Rusiyanın şərqdə irəliləyişini dayandıra bildiyini bəyan edən ölkə başçısı Rusiyanın cəbhədə ciddi itkilər verdiyini də qeyd edib.
Ukraynalı lider Rusiyanın Avdeyevkanı ələ keçirmədiyini, sadəcə, bölgəyə ciddi ziyan vurduğunu deyib.
#Aleksandr Sırski teqi istifadə olunub
- Zelenskinin vəzifəsindən azad etdiyi yüksəkrütbəli ordu rəsmisi kimdir? - Baku TV CANLI
- Ukraynanın arsenal itkisi nə qədərdir? | Konaşenkovdan açıqlama
- Sırski ilk açıqlamasında şəxsi qarşıdurmalardan yayınaraq müharibəyə köklənməyə çağırıb
- Baş komandan Moskvanın planını açıqladı
- Rusiya 418 min hərbçisini itirib?
