Pleyeri seçin:
Zəlzələdə həlak olanların sayı 48 min nəfərə çatıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Fevral ayında Türkiyədə baş verən zəlzələlər nəticəsində azı 48 min insan həlak olub”.
Bu barədə Hatay vilayətində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, həlak olanların sayı 48 min nəfərdir, 115 mindən çox yaralı var, 50 min bina dağılıb.
R.T.Ərdoğan Türkiyəyə yardım əlini uzadan ölkələrə təşəkkürünü də bildirib. Dövlət başçısı zəlzələləri ötən əsrin ən böyük təbii fəlakəti adlandırıb. O, 90 ölkənin Türkiyəyə xilasetmə qrupları və həkimlər göndərdiyini deyib.
Türkiyə lideri zəlzələdən sonrakı ilk günlərdə axtarış-xilasetmə işlərinin prioritet olduğunu, lakin hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin aparıldığını deyib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
