Zəlzələnin ardınca quraqlıq təhlükəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən dəhşətli zəlzələlərin ardınca bu dəfə bölgəni quraqlıq təhlükəsi bürüyüb.
Belə təhlükə əsasən güclü yeraltı təkanların aman vermədiyi Adanada yaşanıb. Belə ki, Kozan rayonunda yerləşən su anbarında suyun səviyyəsinin 28,1 faizə enməsi fermərləri narahat edib. Suyun kəskin azalması nəticəsində əmələ gələn adacıqlar havadan görüntülənib.
Fermerlər suyun səviyyəsinin enməsinin məhsuldarlığı aşağı sala biləcəyindən qorxurlar. Onlar daha çox suvarma tələb edən əkinçilik məhsullarına məhdudiyyət qoyulmalı və ya qapalı suvarma sisteminə keçilməli olduğunu söyləyirlər.
Həmçinin İstanbulda yerləşən su anbarında da vəziyyət qənaətbəxş deyil. Burada suyun səviyyəsinin 35 faiz həddinə enməsi ilə bağlı həyəcan təbili çalınıb.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
