Zurabişvili Kobaxidzeni istefaya çağırdı | Saakaşvilinin dövründə olmayan yeganə şey...
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstan Baş naziri İrakli Kobaxidze böhranı həll edə bilmədiyi üçün istefa verməlidir”.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Birinci kanalına müsahibəsində deyib.
“Böhranı həll edə bilməyən Baş nazir dəyişdirilməlidir və o Baş nazir istefa verən kimi mən iki həftəyə seçki təyin etməliyəm. Bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, azad və demokratik gələcəkdir”, – S.Zurabişvili bildirib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” Saakaşvili dövründən də pis olub: “Gürcü Arzusu”nun bir arzusu var: onların yeganə rəqibi həmişə Mişa olsun. Bu gün “Gürcü Arzusu” Saakaşvilinin dövründə olduğundan daha pis olub. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin dövründə olmayan yeganə şeyi – Rusiya, avtoritarizm, təkpartiyalı sistem, seçki saxtakarlığı, insan hüquqlarının pozulması əlavə edildi”.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
