Zurabişvilinin hərəkəti vəziyyəti daha da qəlizləşdirdi | Gürcüstanda son durum
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda etirazlar səngimək bilmir. Bir neçə gün öncə Prezident Salome Zurabişvilinin etirazçılara qoşulması və hökumət əleyhinə çıxışları ölkədəki gərginliyi daha da artırıb.
Dekabr ayının 1-dən 2-nə keçən gecə ərzində Tbilisidə keçirilən aksiyalar zamanı 21 polis əməkdaşı yaralanıb. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Qurumdan bildirilib ki, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.
DİN etirazçıları qanunu pozmamağa və polisin göstərişini yerinə yetirməyə çağırıb. Buna baxmayaraq, parlament binasının həyətində toplaşan etirazçılar fərqli şüarlar səsləndirərək yollarda barrikadalar qurublar.
Qeyd edək ki, son günlər ərzində azı 150-ə yaxın etirazçı saxlanılıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
