16 yaşlı oğlan satıcını niyə qətlə yetirdi? | Bakıdakı dəhşətli hadisənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunun Ramana qəsəbəsində 16 yaşlı yeniyetmə 20 yaşlı gənci bıçaqlayıb.
Məlumata görə, hadisəyə marketdə satıcı işləyən gənclə yeniyetmə müştəri arasında baş verən mübahisə səbəb olub.
Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 2-də 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
#Ramana qəsəbəsi teqi istifadə olunub
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
- "12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV
- Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI
- "Həbsdən çıxdığı gün dedilər ki..." | Ramanadakı qandonduran qətlin detalları - Baku TV
