Pleyeri seçin:

181 nəfəri “TikTok”da görün necə aldatdı | Dələduzluq edənin sonu...

21 iyul 2025 596 baxış

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin yekun məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Toğrul Kərimov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çox sayda müraciət daxil olub.

Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Toğrul Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub.

O, zərərçəkənləri şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin "dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 596 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 596 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 596 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 596 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 596 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 596 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 596 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 596 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 596 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 596 baxış
Seçilmişlər
icon