22 yaşlı Tərlanın meyiti meşədən tapıldı | Lənkəranda bədbəxt hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 11-i günorta saatlarında Lənkəranın Diryan kəndindəki meşəlik ərazidə 22 yaşlı Tərlan Kəlbiyevin asılmış vəziyyətdə meyiti aşkarlanıb.
Yaxınlarının verdiyi məlumata görə, o, iyunun 10-da Bakıdan rayona qayıtmalı idi. Mərhumun anası oğlundan xəbər almadığına görə narahat olub və bu barədə aidiyyəti üzrə məlumat verib. Daha sonra isə kənd sakinləri onun meşədə asılmış vəziyyətdə meyitini tapıblar.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, evin tək övladı olan Tərlan 3 ilə yaxın idi ki, Bakıda çörək sexlərininin birində çalışırdı. Həmçinin əldə etdiyimiz məlumata görə, Tərlan Kəlbiyevin külli miqdarda borcu var idi.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
