23 yaşlı gəlini elə qətlə yetirdi ki... | Sumqayıtda xəstəxanadakı qətlin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın qətlinin təfərrüatı məlum olub.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 23 yaşlı qadın avqustun 7-də Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.
Avqustun 9-da xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
