Pleyeri seçin:

23 yaşlı Zaur 150-yə yaxın şəxsi görün necə aldadıb | Kiberpolisdən əməliyyat - Baku TV

14 yanvar 2026 419 baxış

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.

Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib.

Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 419 baxış
Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Azərbaycanda ictimai və dini xadimlərə sui-qəsd planı ifşa edildi - Baku TV CANLI

Hadisə
18 sentyabr 2026 419 baxış
“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

“2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV

Hadisə
18 sentyabr 2026 419 baxış
16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

16 yaşlı Emili kimlər dəhşətli şəkildə döydü? - “Süni nəfəs veriblər, halı çox ağırdır” - Baku TV

Hadisə
18 sentyabr 2026 419 baxış
DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

DTX-dən 5 ölkədə antiterror əməliyyatı: "Sumqayıt camaatı"nın üzvləri hər şeyi etiraf etdi - Baku TV

Hadisə
18 sentyabr 2026 419 baxış
Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV

Hadisə
18 sentyabr 2026 419 baxış
Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT

Maştağada dəhşətli hadisə | Qohumlar bir-birinə niyə düşmən oldu? - 24 SAAT

Hadisə
18 sentyabr 2026 419 baxış
“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
17 sentyabr 2026 419 baxış
"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

Hadisə
17 sentyabr 2026 419 baxış
Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 419 baxış
Seçilmişlər
icon