25 yaşlı ananın faciəvi sonu | Naxçıvandakı tükürpərdən hadisənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Belə ki, Sədərək rayon sakini 25 yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində saxlanılan 33 yaşlı Azər İbrahimli barədə Sədərək Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və Ağcabədi rayon sakinidir.
#Ailə münaqişəsi teqi istifadə olunub
- 15 min nikah, 8 mindən çox boşanma | Boşanmaların çox olmasının səbəbi nədir? - Baku TV
- Göndərdiyim aliment narkotikə xərclənir | İran vətəndaşı həyat yoldaşını ittiham etdi - Baku TV
- Gözü dönən kişi balta ilə arvadına hücum etdi | Tükürpərdən hadisənin detalları - Baku TV
- “Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR
- Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu
