28 il əvvəl ölən adamı cərimələdilər
Yeniliklərdən dərhal xəbərdar olun
28 il əvvəl dünyasını dəyişən şəxsin avtomobili radara düşüb. Sözügedən hadisə Şamaxıda qeydə alınıb.
Belə ki, Şamaxı rayon sakini Şükürov Raufa gələn məktubda bildirilib ki, 28 il öncə dünyasını dəyişmiş babası Şükürov Əliabbas Bakı-Şamaxı-Xaldan istiqamətində hərəkətdə olarkən onun avtomobili sürət radarına düşüb və bununla bağlı cərimə gəlib.
R.Şükürov bildirib ki, radara düşən maşın onların olmayıb: “Bu maşın mənim, babamın olmadığı halda niyə cərimə ödəməliyəm?”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücü tərəfindən yolverilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texnika xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.
#Şamaxı teqi istifadə olunub
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
