Pleyeri seçin:
29 yaşlı kişi dənizdə batdı, iki nəfər xilas edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 29 yaşlı kişi dənizdə batıb.
Hadisə Xəzər bağları adlanan ərazinin çimərlik hissəsində baş verib. Şəhər sakini Mehman Cabbarov dənizdə çimərkən boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Onu da bildirək ki, Mehman Cabbarovla birlikdə çimən 22 yaşlı Qafar Pirverdiyev və 33 yaşlı Günay Hüseynova da dənizdə boğulma təhlükəsi ilə üzləşiblər. Onların həyatını xilas etmək mümkün olub.
Qafar Pirverdiyev evə buraxılıb. Günay Hüseynovanın müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyəti kafidir.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
