3 fəhlə niyə xəstəxanalıq oldu? - Sumqayıtdakı sexdə dəhşətli anlar yaşandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda poladəritmə sexində partlayış hadisəsi baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən sexlərin birində qeydə alınıb. Nəticədə, 3 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sözügedən sexin direktoru Fərid Həsənov bildirib ki, xəsarət alan 3 əməkdaş dərhal xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarətindədirlər.
Hadisəyə gəlincə isə o qeyd edib ki, metalın əridilməsi zamanı sıçrama olub və araşdırma aparılır.
Qeyd edək ki, partlayış nəticəsində fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Davidov və 1997-ci il təvəllüdlü Coşğun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralıların 2-si paytaxtdakı, 1-i isə Sumqayıtdakı tibb müəssisəsinə çatdırılıb.
2 nəfərin yerləşdirildiyi xəstəxanadan bildirilib ki, partlayış nəticəsində xəsarət alan iki nəfər saat 22:00–23:00 radələrində xəstəxanaya hospitalizasiya olunub. Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir. Onlara dərhal zəruri tibbi yardım göstərilib, müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Digər xəstəxanadan isə pasiyentin vəziyyəti ilə bağlı açıqlama verilməyib. Faktla bağlı araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
