35 yaşlı şəxsin çay kənarında nəşi aşkarlandı | Lerikdə dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Lerikdə meyiti tapılan şəxsin amansızlıqla öldürüldüyü məlum olub.
Qətli törətməkdə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.
Belə ki, iyunun 1-də Lerikdə itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti 2 gün sonra rayonun Monidigah kəndində çayın kənarında aşkarlanmışdı.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.
Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.
#Lerik teqi istifadə olunub
- "Tez öldürmüşük, amma..." | Ailə qorxu içində | "Necə yaşayacağımızı bir Allah bilir" - Baku TV
- "Ayaqları qırılıb, kim cavab verəcək?!" | Sakinlər ziyana düşdü: “Verin, oturum evimdə” - Baku TV
- Lerikdə dini təhlükəsizliyə həsr olunan konfrans baş tutdu - Baku TV
- "Dağa-dərəyə aparırdılar ki..." - İşçilərin başına oyun açıldı? - "Boyun qaçırırlar..." - Baku TV
- Sakinlərin pik həddə çatan yol dərdi | "Təhsil dayansın, özlərini xərcə salmaq istəmirlər" - Baku TV
