Abşeronda yanğın: Şagird və müəllimlərin vəziyyəti ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yanğın baş verib.
Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Məktəbdə tədris prosesi bərpa edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb:
“Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb. Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır”.
#Yanğın hadisəsi teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- "Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
