Pleyeri seçin:
Ağcabədidə qumbara partlayışında yaralananlarla bağlı həkimdən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayışda xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Kopyalandı
#Əl qumbarası teqi istifadə olunub
- Xocalıda gənc oğlan dəhşət yaşadı | Üç qurum birgə təcili məlumat yaydı
- Bakıda yoldan görün nə tapıldı | FHN hadisə yerində
- Qazaxda əl qumbarası aşkarlandı | ANAMA-dan vətəndaşlara xəbərdarlıq
- Ağcabədidəki partlayışda yaralanan şəxslərin ən son vəziyyəti | Həkimdən açıqlama
- Birinin 10, birinin 7 yaşı var idi... | Ölənlərin qohumu Ağcabədidəki faciəvi partlayışdan danışdı
