Qazaxda əl qumbarası aşkarlandı | ANAMA-dan vətəndaşlara xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax şəhərində əl qumbarası aşkar edilib.
2025-ci il fevralın 3-ü axşam radələrində Minatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişət tullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.
Agentlik bir daha vətəndaşlara çağırış edərək bildirir ki, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xəttinə məlumat versinlər. Unutmayın, partlamamış hərbi sursatlar da minalar qədər təhlükəli və ölümcüldür. Partlayıcı sursatlara yaxınlaşmayın, toxunmayın, onlara müdaxilə etməyə çalışmayın!
#Qazax teqi istifadə olunub
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
