Ağdamda dəhşətli hadisə | Ər həyat yoldaşına balta ilə xəsarət yetirdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ər həyat yoldaşına balta ilə xəsarət yetirib. Qanla nəticələnən ailə münaqişəsi Ağdamın Mahrızlı kəndində baş verib.
Xəsarətalanın qayınanası Hafizə Salahova hadisə ilə bağlı danışıb.
“Gəlinimin günahı yoxdur. Oğlum qazandıqlarımızı burnumuzdan gətirdi. Bir ömür həbsxanada sürünsün, balaları yazıqdır”, – o söyləyib.
Qeyd edək ki, zərərçəkən Gülzəndə Salahova yanvarın 31-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış və kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb.
Vurğulayaq ki, Ceyhun Salahov daha əvvəl məhkumluq həyatı yaşayıb və 12 yanvar tarixində azadlığa buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
