Ağstafadakı hadisə ilə bağlı AQTA-dan təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən "İnci" şadlıq sarayında baş verən kütləvi zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Məkan Rafiq oğlu Piriyevin təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Araşdırmalar davam etdirilir.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
- Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV
- Dönərxanalara ət göndərən sexdə nələr aşkarlandı? - Baku TV CANLI
